Makrondan Qəzza ilə bağlı açıqlama: Hazırıq!
Fransa tərəfi anklavda vəziyyəti sabitləşdirmək üçün Fələstin qüvvələrinin gücləndirilməsinə kömək etməyə hazırdır.
Adalet.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Fələstin Prezidenti Mahmud Abbasla keçirdiyi mətbuat konfransında bildirib.
"Qəzzadakı vəziyyətin sabitləşməsi Fələstin Administrasiyasının təhlükəsizlik və polis qüvvələrinin bərpasını tələb edir.
Fransa bu məqsədlə "EUBAM Rafah" və "EUPOL Copps" missiyaları çərçivəsində Fələstin qüvvələrinin gücləndirilməsinə kömək etməyə hazırdır. Həmçinin Fransa Qəzza zolağında beynəlxalq təhlükəsizlik missiyalarına 100-dən çox hərbçi göndərmək niyyətindədir", - deyə Makron qeyd edib.
Qeyd edək ki, daha öncə “Politiko” nəşri Avropa Birliyinin humanitar yardımların Qəzza sektoruna çatdırılmasına dəstək üçün Rəfah sərhəd-keçid məntəqəsi ərazisində sərhəd yardım missiyasının (EUBAM Rafah) fəaliyyətini bərpa etməyə hazır olduğuna dair məlumat yaymışdı. Nəşr, həmçinin AB-nin Fələstin mülki polisini və məhkəmə orqanlarını dəstəkləmək üçün "EUPOL Copps" xidmətini işə cəlb edə biləcəyinə hazır olduğunu da qeyd etmişdi./Axar.az
Digər Xəbərlər
12 Noyabr 2025 09:54
Lukoylun aktivləri uğrunda mübarizə başlayır
12 Noyabr 2025 09:53
Donald Tramp "BBC-ni məhkəməylə hədələyib
12 Noyabr 2025 09:29
ABŞ Katolik kilsəsi Trampa qarşı birləşdi
12 Noyabr 2025 08:01
ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi
12 Noyabr 2025 07:59
Hizbullah meydan oxudu: Silahları yerə qoymayacağıq
12 Noyabr 2025 07:52
"Müharibə olmasa, atəşfəşanlıq edəcəyəm" - Vuçiç
12 Noyabr 2025 07:44
"Səbəblər həssaslıqla araşdırılır" - Türkiyə PA
11 Noyabr 2025 18:25


Bakı -°C

