adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Yanvar 2023 20:04
799
HÜQUQ

Məhkəmə hakimi təyin edilmiş şəxslərdən biri Vətən müharibəsi veteranıdır

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə yenicə təyin edilmiş Xaliq Məmmədov Vətən müharibəsi veteranıdır.

Adalet.az xəbər verir ki, bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun yeni təyinat alan hakimlərlə görüşü zamanı X.Məmmədov çıxış edərək ədalət mühakiməsini müstəqil və qərəzsiz həyat keçirəcəklərinə, qanunun aliliyini təmin edəcəklərinə, hakim adını həmişə uca tutacaqlarına söz verib.

Mərasimdə hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə xidməti vəsiqələr və hakimin xüsusi geyim forması (mantiya) təqdim olunub.

Elə həmin gün yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içərək səlahiyyətlərinin icrasına başlayıblar.

Xatırladaq ki, 40 nəfər namizəd dövlət başçısının 12.01.2023-cü il tarixli sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alıblar.