adalet.az header logo
  • Bakı 16°C
25 Dekabr 2021 15:08
1125
ELM VƏ TƏHSİL

Məktəbdən şikayət: “Direktor  tez-tez müəllimlərdən və valideynlərdən pul tələb edir...”

Sosial şəbəkələrdə, real həyatda hazırda Qarabağ mövzusundan sonra ən çox müzakirə edilən məktəblərdə “pul yığımı” prosesinin intensivləşməsi ilə bağlıdır. Mövzu təhsil nazirliyinə, o cümlədən nazirə qədər gedib çıxıb. Çünki dərs ilibaşlayandan bitənə qədər valideynlər tərəfindən qurumun qaynar xəttinə müraciətlər dayanmır...

 

Sumqayıt şəhərində məktəb direktorlarından birinin müəllim və şagirdlərdən pulyığdığı iddia edilir.

Adalet.az Xəzər-Xəbərə istinadla xəbər verir ki, söhbət Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 6 saylı tam orta məktəbin direktorundan gedir.

 

“Xəzər xəbər” komandası sözügedən məktəbə yollanaraq yaranmış vəziyyəti işıqlandırıblar. Orta təhsil ocağının müəllimlərindən biri Lalə Allahverdi bilidiribki, İradə Məmmədova direktoru olduğu məktəbdə hər gün müxtəlif səbəblərlə onlardan pul tələb edir. Pulların yığılması isə müəllim və valideyn komitələrinə həvalə edilib.


Xatırladaq ki, təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə müzakirələrlə bağlı məsələ belə açıqlama vermişdi: Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi".

Onun sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştiraketmirlər: "Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pulyığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır".

 

Əntiqə Rəşid