"Mərkəzdən sizə qanunsuz tapşırıq verilməyəcək" - Prezident
"Qaldı ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir".
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.
"Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.
Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər", - deyə dövlət başçısı əlavə edib.
Digər Xəbərlər
12 Noyabr 2025 15:36
Bu müddətli hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək
12 Noyabr 2025 15:16
Bu zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
12 Noyabr 2025 15:10
"Bütün tapşırıqlarımı yerinə yetirməlisiniz" - Dövlət başçısı
12 Noyabr 2025 15:02
"Məmurların qohumları özlərini elə aparmalıdırlar ki..." - Dövlət başçısı
12 Noyabr 2025 14:40
"Bu qanunsuzluqlar harınlamış, acgöz, gözü doymayan məmurların göstərişləri olub" - Dövlət başçısı
12 Noyabr 2025 13:42
Bu rayona yeni icra başçısı təyin olundu
12 Noyabr 2025 13:39
Naftalanın icra başçısı Göygölə təyinat aldı
12 Noyabr 2025 13:35


Bakı -°C

