adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Avqust 2022 11:05
696
ŞOU-BİZNES

Merve Boluğur "Kocam" yazdı, sosial şəbəkədə gündəm oldu

Daha əvvəl müğənni Murat Dalkılıçla evli olan, boşandıqdan sonra dərin depresiyaya düşən tanınmış aktrisa Merve Boluğur "eşq həyatında üzü gülməyən aktrisa" kimi tez-tez gündəmə gəlir.


Merve Boluğur boşandıqdan az bir zaman sonra yeni münasibət yaşadığı ortaya çıxdı. Aktrisanın adı iş adamı Erkan Şenlə hallandı. Hətta onları qol-qola görüntülədilər. Cütlük münasibətləri ilə bağlı suallara "Bir-birimizi tanıyırıq, gözəl dialoqumuz var. Hazırda çox xoşbəxtik" şəklində cavab verdi.


Aradan az keçmiş Merve ilə Erkan yolların ayırdı.


Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, tanınmış aktrisa aranjimançı Mert Aydınla yeni eşqə yelkən açıb. O sosial şəbəkə hesabında Mertlə olan fotosunu paylaşaraq , “Kocam” (Ərim) sözünü paylaşıma əlavə edib.
Mervenin dostluğundakı izləyiciləri tərəfindən həmin söz xeylimüzakirələrə səbəb oldu.


Qeyd edək ki, Merve Boluğur əvvələr sənət direktörü Burak Dayı ile eşq yaşamış, 6 aydan sonra isə ayrılmışdı

Əntiqə Rəşid