adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Sentyabr 2022 11:57
668
ŞOU-BİZNES

Məşhur aktyorun qızı əməliyyat olundu

Aktyor Cövdət Şükürovun qızı ürək əməliyyatı keçirib.

Adalet.az  xəbər verir ki, bu barədə aktyor instagram hesabında məlumat yayıb.

O, “Dünən gözəl qızım ürəyindən əməliyyat olundu. Şükür Allaha hər şey yaxşı oldu. Amma əməliyyat bitənə kimi ömrümdən 20 il getdi, deyə bilərəm. Həyatımın ən çətin günündə yanımda olan hər kəsə təşəkkür edirəm. Unutmayacam! Allah hər kəsin övladın qorusun” sözlərini yazıb.

Qeyd edək ki, aktyor hazırda qıznın yaxşı olduğunu bildirib.

Əntiqə  Kərimzadə