26 Sentyabr 2022 12:04
1123
MƏMLƏKƏT

Metroda tıxaclar

Bəli! Düz eşitdiniz. Metroda tez-tez sərnişinlərin tıxacları yaranır. Nə qatarlarda, nə də stansiyalarda adam əlindən tərpənmək olur. Xüsusən də səhər, günorta və axşam saatlarında metropoliten stansiyalarında bir basabas yaranır ki, gəl görəsən. Xəstə və zəif adamlar bu basabasa dözə bilmir, ya onların ürəkləri gedir, ya da pis vəziyyətə düşürlər. Nə yaxşı ki, stansiyalarda bu cür adamlara vaxtında kömək göstərilir.

Sözümüzün canı ondan ibarətdir ki, metropolitendə qatarlar arasındakı intervalı azaltmaq lazımdır. Xüsusən də «Həzi Aslanov»dan «Dərnəgül» stansiyasına gedən qatarların sayı artırılmalıdır. Qatarlar arasındakı interval çaspik vaxtlarında 2-3 dəqiqə olur. Bu isə basabasın yaranmağına və üstəlik də, orda sərnişinlərin çətin vəziyyətə düşməsinə gətirib çıxarır. Ancaq qatarlar arasında interval bir dəqiqə, bir dəqiqə yarım olsa, bu istiqamətdə bu cür vəziyyət təkrarlanmaz.

Emil FAİQOĞLU