adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Yanvar 2022 08:53
321
DÜNYA

Minlərlə insan COVID-dən qorxmayıb suya girdi - VİDEO

Hindistanda hər il yanvarın 14-də qeyd olunan Makar Sankranti Festivalı koronavirusa yoluxma sayının artmasına baxmayaraq bu il də keçirilib.

Minlərlə hindlinin Qanq çayında çimərək günahlarından təmizləndiklərinə inandığı bir mərasimdə çox az adam maskadan istifadə edib.

Qeyd edək ki, Hindistan Səhiyyə Nazirliyi son 24 saatda 264 202 yeni COVID xəstəsinin aşkar edildiyini və ümumi yoluxma sayının 36 milyon 58 minə yüksəldiyini açıqlayıb. Son sutkada virusdan həyatını itirənlərin sayı 315 olmaqla, ümumi tələfat 485 350-yə çatıb.