23 Sentyabr 2024 09:24
232
ŞOU-BİZNES

Müğənni ilə vəkil arasında gərginlik yaşandı

Müğənni Şəbnəm Qəhrəmanova ilə vəkil Şəfiqə Nağıyeva arasında mübahisə yaranıb.

Adalet.az xəbər verir ki, vəkil bütün qadınlara səslənərək bildirib ki nigahdankənar övlad dünyaya gətirməsinlər:

“Xanımlar, nigahdankənar övlad dünyaya gətirməyin! Bu ayıbdır! Bu biyabrçılıqdır! Xahiş edirəm kimsə bu biyabırçılığı burda təbliğ etməsin”.

Vəkilin bu sözləri müğənni Şəbnəm Qəhrəmanovanı özündən çıxarıb:

“Siz vəkilsiniz, öz işinizə qarışın. Başqasının həyatından sizə nə?!  İndi çox adam belə nigahdankənar övlad dünyaya gətirir. Bu niyə ayıbdır ki? Belə danışmayın.Şəfiqə xanım, ixtiyarınız yoxdur ki, kiminsə bu işinə qarışasınız”.

Qeyd edək ki, yaranmış bu vəziyyətə görə müğənni efiri tərk edib.

Əntiqə