adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Dekabr 2021 15:34
1238
ŞOU-BİZNES

Müğənni qızlarının fotosunu paylaşdı – İzləyicilər statusa xoş sözlər yağdırdı

2011-ci il, 24 oktyabrda xalq artisti, tarzən Firuz Əliyevin qızı Xanım ilə evlənib subaylığa əlvida deyən müğənni Emil Bədəlovun toy günü öz möhtəşəmliyi ilə şou-biznes kitabına qızıl hərflərlə yazıldı.
 

Maraqlı məqamlarla yaddaqalan toyda Emil, həmçinin həyat yoldaşına həsr etdiyi mahnını ifa edib onunla sərbəst şəkildə rəqs etdi. Amma əvvəldən danışıldığı kimi fotokameralar gəlinin şəklini yalnız uzaqdan çəkməli idi. Qohum-əqrəba ilə yanaşı, özlərini ev yiyəsi hesab edən sənətçilərin axın etdiyi toy gecəyarısına qədər davam etdi. Bir sözlə, "İlin toyu"... 
 

Müğənni Emil Bədəlovdan xəbər var.
 

Adalet.az xəbər verir ki, müğənni sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda Emil qızları  Səadət və Zeynəblə birlikdə görüntülənib. Onlar yeni il çəkilişi ediblər. Onun paylaşımı izləyicilərin marağına səbəb olaraq xoş sözlər yazılıb.


Qeyd edək ki, Emil Bədəlov bir-birindən gözəl qızları Səadət və Zeynəb üçün 2 il əvvəl Instagram hesabı açmışdı. İfaçının qızcığazları qısa zamanda izləyənlərin marağına səbəb olmuşdu.


Əntiqə Rəşid