26 Sentyabr 2024 19:17
123
HADİSƏ

Naxçıvan istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU

Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.