adalet.az header logo
  • Bakı -°C
02 Dekabr 2025 15:50
35
İQTİSADİYYAT
A- A+

Nazir növbəti ildə neftin qiymətinin necə olacağından danışdı

"Nefti qiyməti car il üçün 70 dollar müəyyən edilmişdi. 10 ayın göstəricilərinə əsasən deyə bilərəm ki, təqribən orta rəqəm 72 dolların üzərindədir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, növbəti il üçün isə orta göstərici 65 dollar olaraq müəyyən olunub: "Bu rəqəm müxtəlif beynəlxalq qiymətləndiricilər tərəfindən verilən proqnozlar əsasında formalaşıb".