adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Iyul 2022 09:57
1202
ŞOU-BİZNES

Nazpəri Dostəliyeva  25 min manat təzminat ödədiyi müğənnidən danışdı: Halallıq istədi... 

Xəbər verdiyimiz kimi, ötən il Xalq artisti Nazpəri Dostəliyeva müxbirin "İlhamə Quliyevanı bağışlayardınız” sualına belə cavab vermişdi:
"Sağ olsaydı sözümü deyərdim. O dünyasını dəyişib. Bu gün mənim bircə sözüm var, Allah rəhmət eləsin. Amma nə boyda haqsızlıqlar yalanlar, şantajlar yazdırırdı ki, Allah da götürmədi...”


Növbəti dəfə bu sual sənətçiyə verildi.


Adalet.az xəbər verir ki, "Bağ mövsümü" proqramında iştirak edən Xalq artisti Nazpəri Dostəliyevaya aparıcı Murad Əzimzadə maraqlı bir sual yönləndirib:


- Bu sənətdə kimi bağışlamamısınız?


Dostəliyeva - "Bağışlamadığım insan yoxdur. Əlbəttə, bağışlamışam. Hətta illər əvvəl mənimlə ciddi konfliktə girən sənət adamlarını da bağışlamışam"- cavabını verib.


Murad Əzimzadə - Sizinlə ciddi konflikti olan sənət adamları gördük. Heç peşman oldunuzmu? O səhvi bir də təkrarlaya bilərlər? 


Dostəliyeva:- Sevinirəm ki, aciz olmadım. Söhbət dünyadan köçəndən gedir (mərhum Xalq artisti İlhamə Quliyeva nəzərdə tutulur - red.). Onu bağışladım və özüm onun üçün Yasin də oxudum. Allah qəbul etsin. Çünki yuxuma girdi, halallıq istədi. Amma ondan əvvəl artıq onu bağışlamışdım. Böyük Allah bağışlayandır, biz isə onun bəndələriyik.


Qeyd edək ki, İlhamə xanım bir çox mahnıların təkrarsız ifaçısıdır. həm mahnıları, həm də qalmaqalları ilə yaddaşlarda qalıb.
Onunla konfliktdə olan və gündəmin ən böyük qalmaqallarını yaşayan sənət adamları həmin hadisələri təəssüflə xatırlayırlar. İ,Quliyevanın qalmaqallı, şər, böhtan məqsədli açıqlamalarını izləyicilər də, tamaşaçılar da unutmadıqlarını zaman-zaman dilə gətiriblər. Mərhum sənətkarla Xalq artisti Flora Kərimovanın, Xalq artisti Nazpəri Dostəliyevanın, Əməkdar artist Elza Seyidcahanın, xalq artisti Aygün Kazımovanın, həmçinin köməkçisi Mehriban Hüseynovanın adları qalmaqallarda hallanmış, çox vaxt isə məhkəmə çəkişməsinə səbəb olmuşdu.. Eləcə də mərhum Xalq artisti İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında illərlə qalmaqal yaşanıb. Onların mübahisəsi məhkəməyə qədər gedib çıxıb. İ.Quliyeva 25 min manat təzminat almışdı.

Əntiqə Rəşid