adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Avqust 2022 10:04
710
ŞOU-BİZNES

Neslihan “Kənanın xəyanəti” qalmaqalına nöqtə qoydu: “ Onun həyatımda olması...” FOTO


Türkiyəli tanınmış aktrisa Neslihan Atagüllə evli aktyor Kadir Doğulu arasında bir zamanlar “ayrılıq yelləri” əsdiyini oxucularımıza xəbər vermişdik.

Aktyor “Aşkın tarifi" serialındakı tərəf müqabili Serra Arıtürklə kəbin kəsdirməsiylə bağlı xəbərlərlə bir müddət gündəmi zəbt etmişdi.
Baxmayaraq ki, aktyor müsahibəsi zamanı yazılanların doğru olmadığını dedi, amma o aralarda Neslihanın davranışlarında da Kənana qarşı bir inciklik hiss olunurdu.
Amma paparazzilərin obyektinə yaxalanan cütlüyün son görüntüləri deyilənləri təkzib edir. Bunu ötən gün Neslihan Atagülün açıqlaması da təsdiq edib.

 

Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, aktrisa kameralara yaxalanıb. İyun ayında evliliklərinin 8-ci ildönümünü qeyd etdiklərini xatırladan Neslihan Atagülə jurnalistin sualı maraqlı olub: "Kadir bəydən xüsusi sürpriz varmı?"

Mövzu ilə bağlı danışan məşhur , "İnşallah Kadir həmişə həyatımda olacaq. Onun həyatımda olması mənim üçün çox böyük bir hədiyyədir..."cavabını verib.


Qeyd edək ki, cütlük yaxın günlərdə tərəf müqabili kimi yeni serialda tamaşaçıların qarşısına çıxacaq.


Əntiqə Rəşid