adalet.az header logo
  • Bakı 19°C
29 Mart 2023 11:25
579
KRİMİNAL

Ödəmə terminalından oğurluq edən şəxs tutuldu

Sumqayıtda ödəmə terminalından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verrilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 22-nə keçən gecə 6-cı mikrorayon ərazisindəki apteklərin birində quraşdırılan ödəmə terminalından 2775 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İsmayıl Muradov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.