23 Sentyabr 2024 09:12
235
ŞOU-BİZNES

Ofelya Şabanova bu dəfə də anasından danışdı

Hər zaman həyat yoldaşı ilə bağlı açıqlamaları ilə gündəm olan Ofelya Şabanova bu dəfə də anasından danışıb.

Adalet.az xəbər verir ki, sənətçi anasının təsəllisini həyat yoldaşından aldığını söyləyib:

“Anamı erkən itirmişik. Çox çətinlik görmüşük. Qardaşımı həyətdəki armud ağacının sayəsində böyütmüşük. Ona armud yedirməklə böyütdük. Yaşamaq bizə çox çətin oldu. Biz çox kasıb ailə olmuşuq. Mağar toylarında heç bir qonşumuz anamın yanında oturmurdu. Kasıblığımıza görə bizi özlərinə yaraşdırmırdılar. Amma indi o qonşulara demək istəyirəm ki, Allah insanı haradan haraya gətirir. Bir baxın. Çox şükür bu günümüzə. Mən yoldaşımdan danışanda hamı məni qınayır. Niyə danışmayım ki?! Yoldaşım mənə sahibləndi, dəstək oldu, təhsil verdi, koryera qurmağım üçün əlimdən tutdu. Həmişə qayğı göstərdi. Belə ömür-gün yoldaşına niyə xoş söz deməyim?!Kaş ki, anam da bu günləri gərərdi (kövrəlir). Bir övladın anasız böyüməyi zülümdür”.

Əntiqə