adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Noyabr 2022 23:14
230
HADİSƏ

Oğuzda bir ay əvvəl ağacdan yıxılan vəzifəli şəxs öldü

Oğuzda bir ay əvvəl ağacdan yıxılan icra nümayəndəsinin müavini dünyasını dəyişib.

Adalet.az report-a istinadən xəbər verir ki, Oğuz rayon Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini, 1981-ci il təvəllüdlü Qüdrət Qürbət oğlu İsrafilov bu gün günorta saatlarında anidən vəfat edib.

Məlumata görə, 41 yaşlı Q.İsrafilov 1 ay öncə kənd ərazisində ağacdan yıxılıb. Daha sonra o, cərrahi əməliyyat olunub.