adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Iyun 2022 12:05
542
DÜNYA

Osmanlının ən “qüdrətli” xanı Əbdülhəmid!

Osmanlı imperatorluğunu 33 il təkbaşına saraydan idarə edən Əbdülhəmid xan!

İnsanlar onu Türkiyə seriallarında görüb və sevir.

O, bir qəhrəmandır!

Öz dövründə Rumelini, Balkanları, Kipri və bir çox bölgələri əlindən itirən qəhrəman.

1901-ci il.

Taxtda Əbdülhəmiddir. Osmanlının daxili və xarici borcları xirtdəyəcəndir.

Borclu olduqları arasında iki fransız bankir var – Tubini və Lorando.

Milyonlarla qızıldan ibarət borcunu ödəyə bilməyən Osmanlı imperatorluğunu İstanbuldakı fransız səfirliyinə şikayət edirlər.

Bu şikayətdən sonra fransız donanması Osmanlıların olan Midili adasını işğal edir.

Gömrük daxil, adanın bütün gəlirlərinə əl qoyur.

Əbdülhəmid borcu ödəyən kimi donanma geri çəkilir.

1878-ci il.

Rusiya ilə müharibə var, Osmanlı uduzur. Rus ordusu Şərqdə Qars, Ərzurum kimi şəhərləri ələ keçirir.

Plevnenin müdafiəsini yarıb İstanbulun qapısına dirənir.

Bugünkü adı Yeşilköy olan Ayastefanosa gəlir və orada beşmərətəbə hündürlüyündə olanda bir zəfər abidəsi inşa edir.

Bu abidə 1914-cü ildə (İttihad Tərəqqi dövründə) partladılır, yerlə bir edilir.

Əbdülhəmid qorxusundan çarəsiz vəziyyətdədir.

İstanbuldakı ingilis səfirliyinə müraciət edir, ingilislər donanmasını İstanbula yollayır, ingilislər rus ordusunu qovur.

1908-ci ildə II Məşrutiyət elan edilir, Əbdülhəmid tərəfindən 33 il əvvəl bağladılan Məclis açılır, 1909-cu ildə taxtdan endirilir və Selanikə sürgün olunur.

 

Hazırladı: Eminquey

Mənbə: Sözçü qəzeti