adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Fevral 2023 12:45
183
DÜNYA

Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif dəstək məqsədilə sabah Türkiyəyə səfər edəcək.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Marriyum Auranqzeb bildirib.

Məlumata görə, Şahbaz Şərif  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və Türkiyə xalqı ilə həmrəyliyini ifadə etmək məqsədilə sabah Ankaraya səfər edəcək.