adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Yanvar 2022 10:28
625
DÜNYA

Paraşenko Kiyevə qayıdır

Ukraynanın eks-prezudenti Pyotr Paraşenko dövlətə xəyanətlə bağlı onun barəsində aparılan məhkəmədə iştirak edmək üçün  Varşavadan Kiyevə gəlir.
 

Varşava hava limanında jurnalistlərlə görüşən Poroşenko RİA Novostinin müxbirinə bəyan edib ki, Kiyevə qayıtmaqdan və həbs oluna biləcəyindən qorxmur. " Mənim arxamda Ukrayna xalqı dayanıb"- deyə o jurnalistə bildirib.
 

Eks-prezident həmçinin həbs olunacağı halda hər hansı hərəkət etməyə də hazırlaşmadığını bəyan edib: "Həqiqət mənim tərəfimdədir".
 Keçmiş prezident bu gün Kiyevə gəlməli və onun həbs olunması ilə bağlı qərar çıxarmağa hazırlaşan Peçersk rayon məhkəməsinə gedəcək.
 

Poroşenkonun rəhbərlik etdiyi "Evropeyskaya solidarnoct" ( Avropa həmrəyliyi) partiyası eks-prezidentin dövlətə xəyanətdə ittiham olunmasını "siyasi repressiya" kimi qiymətləndirir. 

 Rüstəm Hacıyev