Paşinyan BMT-nin baş katibi ilə müzakirə apardı
Ermənistan BMT-nin və Baş Katib Antonio Quterreşin regionda sülh və sabitliyin təmin edilməsi səylərində göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
Adalet.az xəbər verir ki, baş nazir Nikol Paşinyan Nyu-Yorkda Quterreşlə görüşündə belə deyib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüşdə regiondakı vəziyyət və cari proseslərlə bağlı məsələlər müzakirə olunub.
Paşinyan Azərbaycanla sülh müqaviləsi və Ermənistanın “Dünyanın kəsişməsi” təşəbbüsü mövzusuna da toxunub.
BMT-nin baş katibi öz mandatı çərçivəsində Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu bildirib.
Digər Xəbərlər
27 Sentyabr 2024 01:17
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
27 Sentyabr 2024 00:16Blinken: Azərbaycan-Ermənistan sülh sazişi regiona sabitlik və rifah gətirəcək
26 Sentyabr 2024 22:06Türkiyə BRİKS-ə görə NATO-dan çıxır? - Ərdoğan açıqladı
26 Sentyabr 2024 22:01Anna Akopyanın Əminə Ərdoğanla səmimi görüşü - FOTOLAR + VİDEO
26 Sentyabr 2024 17:27