24 Sentyabr 2024 14:20
341
KRİMİNAL

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Penitensiar Xidmətdən Adalet.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Novruzov Cahid Mikayıl oğluna məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.