27 Sentyabr 2024 12:30
67
DÜNYA

Peycerlər niyə partlayır?

CNN telekanalının məlumatına görə, "Hizbullah" qruplaşmasının üzvlərinə məxsus peycerlərin parlamasına, onların akkumlyatorlarına yerləşdirilən mini minalar səbəb olub.

Livan təhlükəsizlik xidmətinin iki yüksək çinli əməkdaşının verdikləri məlumata görə, partlayıcı maddələr gizli şəkildə peycerlərin batareyalarına yerləşdirilib.

 Əməkdaşlardan birinin sözlərinə görə, partlayıcı maddələr akumlyatora elə peşəkarlıqla yerləşdirilib ki, hətta yoxlamalar zamanı da aşkar olunmaylb. İkinci əməkdaş isə bildirib ki, peycerlərdən birinin partlayışının yoxlanılmasının şahidi olub. O, qeyd efib ki, heç vaxt bu cür texniki minalanma ilə rastlaşmayıb.

 Rüstəm Hacıyev