Prezidentin Naxçıvandakı yeni nümayəndəsi kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.
Adalet.az-ın məlumatına görə, Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirib.
Ceyhun Cəlilov 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.
Digər Xəbərlər
12 Noyabr 2025 12:52
"Azərbaycanda dini sahədə ciddi proseslər gedir" - Deputat
12 Noyabr 2025 12:15
Günel Bəhramqızı şöbə rəisi təyin edildi
12 Noyabr 2025 10:55
“Uşaq sosial şəbəkədə deyil, real həyatda öz dəyərini tapmalıdır...”
12 Noyabr 2025 10:54
Azərbaycan MN Türkiyəyə başsağlığı verdi
12 Noyabr 2025 10:17
Kamran Əliyev: Beynəlxalq tərəfdaşlarla kibertəhdidlərə qarşı mübarizədə zəruri tədbirlər görülür
12 Noyabr 2025 09:55
Hərbçilərin maaşı ilə bağlı qərar verildi
12 Noyabr 2025 09:49
DYP sürücülərə müraciət etdi
12 Noyabr 2025 07:49


Bakı -°C

