Prokurorluq orqanlarında işləyən qadınların sayı açıqlanıb

Prokurorluq orqanlarında işləyən 2300 nəfərin 524-nü, yəni 22,7 faizini qadınlar təşkil edir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” adlı konfransın “Möhkəm ailə institutu güclü dövlətin və ahəngdar cəmiyyətin sarsılmaz bünövrəsidir” mövzusuna həsr edilmiş ikinci panel sessiyasında deyib.
“Prokurorluq orqanlarında çalışan 1310 nəfər prokurorluq işçisinin 9,7 faizi qadınlardan ibarətdir. Həmçinin digər sahələr üzrə çalışan 990 nəfərin 40,1 faizi qadınlardır”,- o əlavə edib.
Digər Xəbərlər

Əfv Komissiyasının iclası keçirildi

Ermənistan XİN 37 il əvvəl qətl edilən 26 ermənini "şişirtdi":Yüzlərlə..."

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar - FOTOLAR
