adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Dekabr 2022 15:24
311
GÜNDƏM

Putinin Qarabağdakı "canişini": "Dövlət naziri"nin 35 günlük özbaşnalıqları... 

Sentyabrın 1-də erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçməsi Qarabağda növbəti bir hərəkətlilik yaradıb.


Qarabağda separatçıların yaratdığı qondarma quruma “dövlət naziri ” seçiləndən sonra isə bu hərəkətlilik artıq müəyyən “əməli işlə ” əvəzlənib. Artıq bu gün 35 gündür ki, Rusiyanın Qarabağ canişini Ruben Vardanyan arxasını Putinin kölgəsinə dirəyərək istədiyi özbaşınalığı edir.
1. Xankəndi şəhərində erməni separatçıların 30 minlik mitinqinin təşkili... (Mitinqin təşkili, Ermənistanda avtobuslara Xankəndiyə gətirilən ermənilərin yol, yemək, çay xərcləri rusiyalı milyarder öz cibindən ödədi.
2. Ruben Vardanyan Qarabağın erməni icmasına başçılıq etməyə başlayan kimi dərhal buradakı qızıl mədənini istismar edərək pul qazanmağa başladı. Qarabağdan yük maşınları ilə qızıl daşındı. Talan edilən sərvətimizin hesabına Vardanyan erməniləri silahlandırır.

3. Azərbaycan Rusiyanın Gümrüdəki hərbi bazasından Qarabağa “humanitar yardım” adı altında silah-sursat daşınması faktını aşkarladı. Qeyri rəsmi mənbələrin verdiyi məlumata görə, İranın və Hindistanın Ermənistana satdığı müasir raket və PUA-lardı.

4.Vardayan Rusiyada yaşayan bütün ermənilərə çağırış edərək, diqqətlərini Qarabağa yönəltdi. Hazırda Rusiyada vəzifəsindən, mövqeyindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir erməni Qarabağa yardım göndərmək üçün sıraya düzülüb.
Rusiya TNT kanalının erməni əməkdaşı Ararat Keşyanın Qarabağdakı separatçılara maddi yardım göndərməsi də bunun sübutudur.
5. Milyarder Vardanyan tərəfindən Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar ələ alınıb. Sübut üçün deyək ki, rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər. 14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Qarabağa İrandan 13 nəfərlik qrupun “təşrif buyurduğu” məlum olub.
Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Xocalıya (Azərbaycan ərazisinə) keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.

 Qeyd edək ki, bütün bunlar nəzarətimizdə olmayan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd eyni zamanda digər qəsəbə və kəndlərdə baş verənlərdən bixəbər olan ictimaiyyətimizə sızdırılan kiçik bir hissədir. Yəqin ki, səlahiyyətli orqanlar necə böyük bir təhlükə ilə qarşı-qarşıya qaldığımızın fərqindədirlər.


P.S. Bunların nazı ilə çox oynayırsan haaa, kərbəlayi....


Əntiqə Rəşid