adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 May 2022 11:20
695
MARAQLI

Qadınlar bunu mütləq oxusun...

Kişi - qadın münasibətlərində hər zaman çəkişmələr və gərginliklər təbii haldır. Əsasən də qısqanclıq mövzusu. Qadınların əksəriyyətini ən çox düşündürən və narahat edən nüanslardan biri həyat yoldaşının ona xəyanət edib etmədiyindən əmin olmaqdır. Müxtəlif sosial araşdırmalara görə bir kişinin sevdiyi şəxsə və ya həyat yoldaşına xəyanət etmədiyini öyrənmək üçün bir neçə üsullar mövcuddur.

Araşdırmalara görə istənilən sevgilisi olan və ya evli olan bu üsullarla ərinin onu aldadıb-aldatmadığını müəyyən edə bilər:

- Əgər bir qadının sevgilisi və ya əri onunla əvvəlki kimi ünsiyyətdə olmursa bu, artıq problemin olmasından xəbər verir. Çünki sədaqətli kişilər xanımları ilə danışmaqdan çəkinmirlər. Bir kişi adi günlərdən fərqli olaraq daha az danışmağa üstünlük verirsə ehtimal etmək olar ki, gizlətdiyi nələrsə var.

- Qadınlar özünü qəhrəman kimi göstərən kişilərdən arxayın ola bilər. Çünki həmin kişilər özlərini sevgilərinə həsr edərək bu sevgidən mənəvi rahatlıq alırlar. Bu səbəbdən də xəyanət haqqında düşünmürlər.

- Bir çox ailə münasibətləri mövzusunda araşdırmaların nəticəsində məlum olub ki, kişilərin xəyanətinin ən bariz sübutu qadına qarşı əvvəlkindən daha az diqqətli olmasıdır. Lakin bir kişi etdiyi xəyanətdən peşman olursa , dərhal öz qadınına ikiqat diqqət göstərir. Bu isə həssas və ağıllı qadını şübhələndirə bilər.

Bir kişi öz xanımını öz dostları ilə tanış etmək istəmirsə deməli onun gizlətmək istədiyi nələrsə ola bilər.

- Aldatmayan kişi qadını ilə gözəl xatirələr yaşamaq istəyir. Qadını daha əvvəl birgə getmədikləri yerlərə aparır, sürprizlər edir.

- Gərək qadınlar mübahisə edən kişidən qorxmasın. Çünki xəyanət edən kişilər problem yarandığı təqdirdə onu həll etməyə çalışmır, mübahisələrdən çəkinir və başqa qadının yanına qaçır.

- Qadınlar diqqət etməlidir ki, kişiləri onların problemlərini dinləməyə və həll etməyə çalışırsa bu sadiqlikdir. Əgər bir kişi bu mövzuda mütəmadi olataq tam təmkinlə və canıyananlıqla öz xanımına lazımınca vact ayırırsa və həmdəm olursa o kişidən şübhələnməyə əsas yoxdur.

Sonda hər birinizə sevgi dolu həyat arzu edirəm...

Hazırladı : Bünyamin Bünyadzadə