adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Yanvar 2022 15:40
453
SAĞLAMLIQ

Qan azlığı xəstələrinin sayı açıqlandı

“2020-ci ildə Azərbaycanda anemiyalardan əziyyət çəkən 43 188 nəfər qeydiyyata alınıb. Bu isə o deməkdir ki, ölkədə hər 100 min nəfərə 433 belə xəstə düşür”.

Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

O bildirib ki, bu kifayət qədər böyük rəqəmdir və müraciət edənlərin əksəriyyəti də məhz gənc yaşda olan qadınlardır: “Keçən ilin statistikası isə hələ ki tam yekunlaşmayıb”.

Nazirlik rəsmisi əlavə edib ki, son zamanlar, yəni 2016-cı ildən 2020-ci ilə qədər anemiyadan əziyyət çəkənlərin sayında azalma müşahidə olunur.