adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Yanvar 2023 22:05
675
İDMAN

"Qarabağ" Polşa komandasına məğlub oldu

Ağdamın “Qarabağ” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi son yoxlama oyununda məğlub olub.

Adalet.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Poqon” klubu ilə matçdan 2:4 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan çempionunun heyətində qolları Marko Yankoviç və Abdullah Zubir vurublar.

“Qarabağ” bu gün iki yoxlama görüşü keçirib. Günün ilk matçda komandamız Serbiyanın “Çukariçki” klubuna qalib gəlib – 1:0.

Qeyd edək ki, yanvarın 13-də “Qarabağ” ilk yoxlama matçında Polşanın “Rakuv” klubuna 0:3 hesabı ilə uduzub.