adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Oktyabr 2022 00:59
382
İDMAN

“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi - YENİLƏNİB

"Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

Adalet.az xəbər verir ki, Ovusu Kvabena 68-ci dəqiqədə Ağdam komandasını hesabda önə çıxarıb.

Marko Veşoviç 82-ci dəqiqədə "Qarabağ"ın ikinci qoluna imza atıb. Daha sonra Ramil Şeydayev 87-ci dəqiqədə hesabı 3:0-a çatdırıb.

 

***

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Olimpiakos” - “Qarabağ” oyununda birinci hissə başa çatıb.

Adalet.az xəbər verir ki, matçın 5-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Abdullah Zubir hesabı açsa da, VAR sisteminin müdaxiləsindən sonra Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub. Nəticədə referi qolu hesaba almayıb.

Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə qol vurulmayıb.

 

***

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Adalet.az xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda “Olimpiakos” komandasının qonağıdır.

Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

 

***

UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda üz-üzə gələcək "Olimpiakos" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Adalet.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

"Olimpiakos": 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges

 

Baş məşqçi: Miçel Qonsales

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov

 

Baş məşqçi: Qurban Qurbanov

 

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.