adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Iyul 2022 15:50
662
İDMAN

"Qarabağ"dan azarkeşlərə müraciət!

"Qarabağ" Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Adalet.az klubun rəsmi Feysbuk hesabına istinadən xəbər verir ki, "köhlən atlar"ın ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib.

Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır.