adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Iyul 2022 11:47
660
İDMAN

“Qarabağ”ın “Ferentsvaroş”la ilk oyununun yeri…

“Qarabağ”ın Macarıstan “Ferentsvaroş”una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtı açıqlanıb.

Adalet.az  xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi Feysbuk səhifəsində məlumat verilib.

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Cavab görüşü isə avqustun 9-da Budapeştdə olacaq.