adalet.az header logo
  • Bakı 20°C
07 Dekabr 2022 15:31
475
SİYASƏT

"Qardaş yumruğu" Ohonyanı qəzəbləndirdi: "Savaş olacaq!" 

Aprel döyüşlərinin məğlub müdafiə naziri və hərbi texnika adı altında Ermənistan ordusu üçün yararsız silah-sursat almaqla milyon dollarlarla vəsaiti mənimsəmiş general kimi tarixə düşən Seyran Ohanyan bir erməni olaraq hər yaxşı işdə bir pislik axtarıb tapmaqda “mahirdi”.

Azərbaycanlılara qarşı faşist mövqeyini dəyişməyən sabiq nazır hələ ötən ilin noyabrında bir açıqlama işlə çıxış etmişdi:“Cənubi Qafqazda yolların açılması Ermənistan və Qarabağın blokadaya alınmasına səbəb olacaq. Hakimiyyət daxili, xarici və təhlükəsizlik siyasətinə yenidən baxmalıdır. Onlar regionda kommunikasiyaların açılmasından danışır. Halbuki, bu Qarabağ və Ermənistanın blokadaya düşməsi deməkdir. Burada iqtisadi təzyiq amili də olacaq”

Adalet.az armenpress.am istinadən xəbər verir ki, “Ermənistan” blokunun fraksiya rəhbəri Seyran Ohanyan növbəti dəfə açıqlama ilə çıxış edib. Jurnalistlərə müsahibə Bildirib ki, Türkiyə və Azərbaycanın birgə təlimləri Ermənistan və İrana qarşıdır, həm də güc nümayiş etdirmək məqsədi daşıyır:”Dövlətimiz hərbi-siyasi vəziyyətə müvafiq qiymət verməli, silahlı qüvvələrin artırılması, hərbi təlimlərin keçirilməsi istiqamətində ciddi iş aparılmalıdır.
Regionumuzda vəziyyət kifayət qədər gərgindir. Xüsusən Ermənistan və Qarabağ ətrafında təhlükəsizlik çox kövrəkdir. Ona görə də hərbi əməliyyatlar hər an başlaya bilər”.


Qeyd edək ki, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimi həm İranda, həm də Ermənistanda xeyli həyəcan yaradıb.


P.S. Ohonyanın gözü kordu! Necə olur ki, ötən ay  İran ötən il Azərbaycanla quru sərhəddə, Xəzərdə su sərhəddində, eləcə də səmada “güc göstərisi" sərgiləyəndə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru qoşunları Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin şimalında hərbi təlimlərə başlayanda niyə bunu da görmürdü?


Əntiqə Rəşid