27 Fevral 2025 10:34
137
HADİSƏ

Qarlı havada 347 nəfər xəsarət alıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb.

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub.