adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
27 May 2022 14:08
327
GÜNDƏM

"Qarşıma şərt qoyublar, ya ölkəni tərk et, ya da intihar et" - Sevinc Qədirova

Azərbaycan Voleybol Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova həyatının təhlükədə olduğunu açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə feysbukda status paylaşan S.Qədirova hədələndiyini deyib:

“20 ilə yaxındır ki, jurnalist fəaliyyəti ilə məşğul oluram. Hər kəsin bildiyi kimi bəzi vəzifələrdə çalışmışam. Amma 2015-ci ildən bu günə qədər davam edən kabusum bitmək bilmir. Rəsmi şəkildə əsir düşmüşəm elə bil. Bir qızın başına gətirə biləcəkləri ən pis oyunları hələ də başıma gətirməyə davam edirlər. Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq! Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar. Ya ölkəni tərk et, ya da intihar et! Atam, qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim dövlət var, hüquq-mühafizə orqanları var. İntihar həddinin bir addımlığındayam”.

Qeyd edək ki, Sevinc Qədirova bir sıra qurumlarda çalışıb. O, 2019-cu ildə Voleybol Federasiyasındakı vəzifəyə təyin edilənədək “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətinin rəhbəri olub.