adalet.az header logo
  • Bakı 20°C
31 Yanvar 2023 13:08
445
GÜNDƏM

Qazinyan:"Ermənilərin Qarabağa  axını 4 dəfə artmalıdır ki..."

Rusiyalı milyarder, hazırda Aəzrbaycanın Qarabağ iqtisadi rayonunda yaradılmış qondarma qurumun dövlət naziri Ruben Vardanyan Qarabağa yerləşərkənbelə bir çağırış etdi: “ Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı olaraq Arsaxa köçmək qərarına gəldim.Hesab edirəm ki, 2020-ci il müharibəsindən sonra bütün dünya erməniləri arsaxlıların yanında olmalıdır".


Deyəsən, bu separatçının çağırışı bir çox erməninin ağlına batıb.

Adalet.az xəbər verir ki, sabiq deputat, “Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan Facebook səhifəsində paylaşım edib. O düşünür ki, dəhliz açıldıqdan sonra Ermənistandan Qarabağa insanların axını artmaq lazımdır:“Laçın dəhlizi açıldıqdan sonra mən Qarabağa gedəcəyəm, bir neçə gün qədim “erməni” torpağından güc alacam və xalqın yanında olacağam. Təmənnasız xidmətimlə onların ayağa qalxmasına kömək edəcəyəm ki, daha güclü olub, mübarizə aparsınlar və qalib gəlsinlər”.



Ermənilərin Qarabağdan asta-asta yayınlardan xəbərdar olan Qazinyan onların çox olduğunu da gizlədə bilmir:”Dəhliz açıldıqdan sonra Qarabağ əhalisinin azalmasının qarşısını almaq üçün bütün səyləri göstərmək lazımdır. Bunun üçün Ermənistandan Qarabağa insan axını dörd dəfə artmalıdır. Azərbaycana və bütün dünyaya göstərməlidir ki, Qarabağ (Artsax - red- Ə.R.) xalqı tək deyil, Qarabağ erməninin idi, var və olacaq”- Qazinyan “xam xəyallar”a dalaraq deyib.


Qeyd edək ki, 44 günlük müharibə zamanı Qarabağda demək olar ki, barmaqla sayılacaq qədər erməni qalmışdı. Onların bir hissəsini Rusiya sülhməramlıları geri qaytardı. Məlumatlara görə Ermənistana qaçan ermənilərin böyük qismi geri qayıtmağı heç ağlının ucundan da keçirmir.

P.S. Gəlin, gəlin, hamınız gəlin! Allah "İtiqovan"larımızı bol, igidlərimizn canını isə sağ eləsin!


Əntiqə Rəşid