adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Yanvar 2022 12:40
746
İQTİSADİYYAT

"Qeyri-neft sənayesində əlavə dəyər 18 faizə yaxın artıb" - Nazir

2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8%, qeyri-neft emal sənayesində isə 21,7% artıb.

Adalet.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6%-ə çatıb.

"Bu da 2020-ci (8,5%) və 2019-cu (7,6%) illərlə müqayisədə daha yüksək göstəricidir", - M.Cabbarov deyib.