Qəza necə baş verib? - DETALLAR
Türkiyənin qəzaya uğrayan hərbi karqo təyyarəsi ilə bağlı bir sıra detallar məlum olub.
Adalet.az "AnewZ" kanalına istinadən detalları təqdim edir:
● Təyyarə havaya qalxmazdan əvvəl təxminən iki saat Gəncə hava limanında qalıb.
● Bu müddət ərzində ekipaj zəruri texniki baxış və hazırlıq işləri aparıb.
● Üçüncü şəxslərin təyyarəyə yaxınlaşmasına icazə verilməyib və bütün təhlükəsizlik qaydalarına riayət olunduğu bildirilir.
● Təyyarə 8 noyabr – Zəfər Günü münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak etmiş F-16 qırıcılarının texniki xidmətinə cavabdeh olan Türkiyə Hərbi Hava Qüvvələri heyətini və həmin təyyarələr üçün ehtiyat hissələrini daşıyırmış.
● Göyərtədə partlayıcı maddə olmayıb və qalıqlar üzərində xarici müdaxilə və ya partlayış izləri aşkarlanmayıb.
● İstintaq orqanları qəzanın iki əsas səbəbi üzərində dayanır: Birinci versiya təyyarənin yaşına aiddir. Belə ki, C-130 artıq 50 ildən çox istismarda olub, son əsas texniki baxışı isə 2020-ci ildə keçirilib. Mütəxəssislər hesab edirlər ki, korroziya və ya metal yorğunluğu uçuş zamanı konstruktiv sıradan çıxmaya səbəb ola bilər. İkinci ehtimal yüklənmə prosesilə bağlıdır. Belə ki, yük təyyarələrində düzgün sabitlənməyən yüklər uçuş zamanı yerini dəyişərək balansın pozulmasına, vibrasiyaya və nəticədə konstruksiyanın zədələnməsinə səbəb ola bilər.
● Təyyarənin “qara qutusu” açıq sahədə tapılıb. Qurğu təhlil üçün göndəriləcək və nəticələr araşdırma başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.
Digər Xəbərlər
12 Noyabr 2025 10:19
4 ay sonra ata olacaqdı - Təyyarə qəzasında həlak oldu
12 Noyabr 2025 09:46
Güclü geomaqnit qasırğası müşahidə olunur
12 Noyabr 2025 08:52
Təyyarə qəzasında şəhid olan türkiyəli hərbçilərin SİYAHISI
12 Noyabr 2025 07:56
“Keçən il qolun, ayaqların gəmirmişdi, bu dəfə şah damarın” - VİDEO
12 Noyabr 2025 07:54
İndiyədək baş vermiş ən ağır C-130 qəzaları - SİYAHI
12 Noyabr 2025 07:41
Qəzada həlak olan ekipaj üzvlərinin FOTOSU
12 Noyabr 2025 07:40
Təyyarədəkilər Bakıda paradda iştirak edən F-16 texnikləri olub
11 Noyabr 2025 18:34


Bakı -°C

