12 Sentyabr 2022 15:09
834
LAYİHƏ

QHT Quba, Qusar və Xaçmaz rayolarında layihə reallaşdırır

QHT-lərə Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi ilə “MüasirAzərbaycan Qadını” İctimayi Birliyinin 01 sentyabr-01 dekabr 2022-ci il tarixə qədər “Vərəm, hepatit, İİV/QİÇS və cinsi yolla keçən infeksiyon xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qadınlar və gənclər arasında sanitar maarifinin təşkili” adlı layihəsi Quba, Qusar və Xaçmaz rayolarında həyata keçiriləcəkdir. Hər rayonda 40 iştirakçı olmaqla ümumilikdə 120 nəfər layihəyə cəlb ediləcəkdir.

Layihənin əsas məqsədi vərəm, hepatit, İİV/QİÇS kimi infeksion xəstəliklərinin sanitar qaydalara əməl etməyən vətəndaşlara daha tez yoluxmasını nəzərə alaraq, vaxtında müayinədən keçməməyin, aşkar olunan xəstələrə qarşı düzgün və lazımı qaydada müalicə almamağın, xəstəliyi gizlətməyə çalışmanın və digər bu kimi hərəkətlərin daha da ağır nəticələr verəcəyini bildirməklə vətəndaşlarımızı infeksion xəstəliklər barəsində profilaktikası, müalicəsi haqqında tədbirlərin həyata keçirilməsində fəal iştirakçı olmağa dəvət etməkdir.

Tədbirlərin həyata keçirilməsinin məqsədi qadınlar və gənclər arasında maarifləndirmə işi aparmaqla onların sanitariya qaydalarına əməl etməsinə çalışmaq, xəstələri inandırmaq yolu ilə müalicəyə getməsinə, sağlamların isə müayinədən keçməyə təşviq etməkdir.Layihənin vəzifəsi əhalinin müxtəlif qrupları arasında maarifləndirmə işlərini həyata keçirməklə onları müayinədən keçməyə təşviq etmək və digər üsullarla yoluxma hallarının azalmasına nail olmaqdır.

Layihənin bu bölgələrdə həyata keçirilməsində məqsədi müəyyən edilmiş rayonların Rusiya Federasiyası ilə həmsərhəd olması və mətbuatda gedən məlumatlara və mövcud statistikaya görə infeksiyon xəstəliklərin tez-tez baş verdiyi rayonlardır.
Layihənin icrasından təlimlərdə iştirak edən 3 rayon hər birindən 40 nəfər olmaqla cəmi 120 nəfər qadınlar, gənclər və onların valideynləri birbaşa faydalanacaqdır. Təlimlər müxtəlif quruplar üzrə cəlb olunmuş qadınlar və gənclər, habelə gənclərin valideyinləri üçün infeksion xəstəliklərin yaranma səbəbləri və növləri, önləndirilməsi yollarına dair maarifləndirici tədbir keçiriləcəkdir.