09 Iyun 2025 17:51
95
DÜNYA

Qrossi: İran nüvə proqramı ilə bağlı qeyri-dəqiq cavablar verib

Tehran bəzi hallarda nüvə fəaliyyəti ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) suallarına ya məhəl qoymayıb, ya da onlara qeyri-dəqiq cavablar verib.

Adalet.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu AEBA-nın başçısı Rafael Qrossi jurnalistlərə açıqlamasında bildirib.

"Təəssüf ki, İran dəfələrlə agentliyin suallarına ya cavab verməyib, ya da texniki cəhətdən qeyri-dəqiq cavablar təqdim edib", - Qrossi qeyd edib.

Onun sözlərinə görə, mövcud məlumatların hərtərəfli təhlilindən sonra AEBA belə nəticəyə gəlib ki, əvvəlki illərdə antropogen uran hissəciklərinin aşkar edildiyi üç obyekt, eləcə də bəzi digər obyektlər "İranın 2000-ci illərin əvvəllərində başa çatdırdığı bəyan edilməmiş nüvə proqramının bir hissəsi" olub. Qrossi qeyd edib ki, bu proqramda bəyan edilməmiş nüvə materiallarından istifadə olunub.

Təşkilatın son hesabatında ötən illərdə bir sıra obyektlərdə aşkarlanmış bəyan edilməmiş nüvə materiallarının mövcudluğunun səbəblərinin axtarışı məsələsində irəliləyişin olmadığı bildirilirdi.