adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Oktyabr 2021 09:17
2711
TEXNOLOGİYA

"Facebook" adını dəyişdirməyi planlaşdırır

"Facebook" sosial şəbəkəsi, "İnstaqram" xidməti və "WhatsApp" mesencerinin sahibi olan ABŞ-ın "Facebook" korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır.

Adalet.az məlumatına görə, bu barədə "Verge" portalı mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, "Facebook"un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.

Qeyd edilir ki, "Facebook"un yeni adı "metakainat" konsepsiyasına uyğun olacaq.