adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 Yanvar 2022 00:08
448
SİYASƏT

Rəisi Ərdoğanla danışdı: "Regionda sabitliyin yeganə yolu..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

Liderlər telefon söhbətində ikitərəfli və regional məsələləri müzakirə ediblər və Tehranla Ankara arasında əməkdaşlıq və koordinasiya səviyyəsinin artırılmasının vacibliyini vurğulayıblar.

İran prezidenti telefon söhbətində regionda davamlı təhlükəsizlik və sabitliyin yeganə yolu kimi ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyin zəruriliyini vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yaxın vaxtlarda Tehrana səfər etməkdə maraqlı olduğunu bildirib. O, qeyd edib ki, Türkiyə İranla əlaqələri gücləndirmək üçün müxtəlif iqtisadi əməkdaşlıq istiqamətlərinin siyahısını hazırlayıb.

Rəisinin Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşünə də toxunan Türkiyə lideri səfərin faydalı nəticələrinin tezliklə müxtəlif sahələrdə görünəcəyinə ümid etdiyini bildirib və regional təhlükəsizliyə nail olmaq üçün ölkəsinin İrana dəstəyini ifadə edib.(oxu.az)