adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 May 2022 11:45
922
ŞOU-BİZNES

“Rembo” 8 yataq otağı 12 hamamı olan villasını Adele satdı : Od qiymətinə....- Foto 

ABŞ-ın görkəmli aktyoru, rejissoru, prodüseri və ssenari müəllifi. Hollivud ulduzu Silvester Stallone hələ 2020-ci ildə Kaliforniyanın Palm Sprinqs şəhərindəki malikanəsini satışa çıxardı.
 

Aktyor 2010-cu ildə 4,5 milyon dollara (təxminən 7 milyon 600 min manat) aldığı evini nə üçün satdığını isə açıqlamadı.

2008-ci ildə inşa edilən, sahəsi 460 kv metr olan malikanədə hovuz, cakuzi, yataq və qonaq otaqları, geniş mətbəx və tədbirlərin keçirilməsi üçün yerdə vardı.Repçi Kanye Uest və aparıcı Kris Cenner kimi ulduzlarla qonuşuluqda yaşayan Stalonne evini 3,35 milyon (təxminən 5 milyon 695 min manat) dollara satdı.
Evini baha alıb ucuz satan məşhur aktyor indi də yeni malikanəsini satır.

Adalet.az Aksham.com-a istinadən xəbər verir ki, Silvestr Stallonenin bu dəfə satdığı Beverli Hillsdəki dəbdəbəli malikanəsinə müştəri cıxıb. Britaniyalı müğənni Adelin bu ev üçün təxminən 60 milyon dollar ödədiyi bildirilir. Daily Mail-in xəbərinə görə, Adelin aldığı 3,5 hektar ərazidəki lüks malikanə 18 min 587 kvadratmetrdir. ABŞ memarı Riçard Landri tərəfindən layihələndirilən evdə səkkiz yataq otağı və 12 vanna otağı var.

Qeyd edək ki, Adel “Rembo” kimi tanıyıb sevdiyimiz aktyor Silvestr Stallonenin evini yarı qiymətinə aldığı iddiaları da var.

Əntiqə Rəşid