adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Yanvar 2022 10:34
521
İDMAN

Ronaldo "Mançester Yunayted"dən ayrılır?

Kriştianu Ronaldo İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.

Adalet.az-ın məlumatına görə, Report "Daily Mail"ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu "qırmızı şeytanlar"ın baş məşqçi seçimindən razı qalmasa, mövsümün sonunda ayrılacaq.

Portuqaliyalı forvard almaniyalı mütəxəssis Ralf Ranqnikin postunda qalmasının əleyhinədir.

Qeyd edək ki, "Mançester Yunayted" noyabrda Ranqniki baş məşqçi təyin edib. Sözləşməyə əsasən, o, mövsümün sonunadək komandaya rəhbərlik edəcək. Ronaldo cari mövsüm Premyer Liqada 16 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu Çempionlar Liqasının qrup mərhələsində çıxdığı 5 qarşılaşmada 6 qolla yadda qalıb.