adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Noyabr 2020 15:37
53935
LAYİHƏ

RUHUN ŞADDIR, DAHİ BÜLBÜL!

Şuşamızda Qələbə bayrağı ucalır!

 

Qarabağda cəh-cəh vurub,

Dünyaya səs salan Bülbül…

 

Mən şair deyiləm. Amma bilirəm ki, yazıma giriş kimi başladığım bu misralar böyük nəğməkar haqqında yazılacaq bir şeirin və yaxud bir poemanın misraları olacaq.

Mən dahi Bülbül haqqında əvvəl də yazmışdım. O vaxt yazmışdım ki, onda gözəl Qarabağ - dahi sənətkarın doğma yurdu gözəl Şuşa məkrli düşmən tərəfindən yenicə işğal olunmuşdu.

Bu işğal faciəsindən göylər tutulmuşdu, Günəş qaralmışdı, təbiət qara geyinmişdi. Güllələnmiş yaralı heykəllər bizə dərd olmuşdu. Yer-yurd matəmə bürünmüşdü. Azərbaycanımızın mədəniyyət beşiyi Şuşamız yağı əlinə düşmüşdü. Doğma yurdları əldən getmiş Bülbülün və onun kimi neçə böyük şəxsiyyətlərin ruhları yasa batmışdı. Qələm-kağız qan ağlayırdı.

Yazımın sətirlərindən qəm, qüssə, kədər yağırdı. İşğal olunmuş digər torpaqlarımız kimi Şuşamızın da itkisi hamımızı göynədirdi, yandırıb-yaxırdı. Axı, Qarabağ Azərbaycanın, Şuşa isə Qarabağın canıdır.

O qanlı-qadalı vaxtlarda şairə Nazimə Odlarqızı yazırdı:

 

"Yaralı heykəllər" Vətənə döndü,

Üşütdü, titrətdi bu xəbər məni.

Heykəllər qarşımda gülləyə döndü,

Sancılıb köksümə hey əyər məni…

 

Bu kədərli misraları yazan şairə Şuşanı dardan qurtara bilən igid, qeyrətli ərənlər sorağındaydı:

Şuşam! Xəyanətə qurban gedənim!

Qeyrəti çatacaq bir ərən gərək.

Gözümü yollara şəhid edənim,

Özünü-özünə qaytaran gərək!

 

O vaxt Şuşası getmiş Bülbülün dərdinə, kədərinə şərik olmaq, onun qəmli ruhunu ovundurmaq üçün yazmışdım o yazını. İndii isə bu yazını dahi sənətkarın sevincinə, fərəhinə şərik olmaq, onun ruhunu şadlandırmaq üçün yazıram.

Ona xoş müjdə verib, demək istəyirəm ki, sənin işğal altında qalan yurdun igid ərənlərin hünəri ilə azad edilib. Respublikamızın Prezidenti Ali Baş Komandanımızın və onun rəhbərlik etdiyi şanlı ordumuzun, igid əsgərlərimizin misilsiz hünəri və qəhrəmanlığı sayəsində indi Şuşada möhtəşəm Qələbə bayrağımz dalğalanır. Ucalan o bayraqların hər biri kişilik və qeyrət rəmzidir. Şuşaya yeni həyat, yeni nəfəs gəlir.

Artıq güllələnmiş o heykəllərin yarası sağalır.

Düşmən caynağından azad edilmiş digər şəhər və raoynlarımız kimi Şuşanın da işğal tarixinin üstündən qara xətt çəkildi.

Bəli, mən bu gün tamam başqa bir ovqatdayam. Ali baş Komandanımızın Şuşanın işğaldan azad olunduğu barədə xalqa verdiyi şad müjdənin yaratdığı hədsiz sevincin xoş təsiri altında qələmə sarılmışam. Sevinc dolu bir həyəcan içərisindəyəm. Gözümdən axan sevinc yaşları kağızın üzərinə düşür. Öz varlığı ilə, misilsiz hünər və rəşadəti ilə, əsl qəhrəmanlığı ilə Azərbaycanın qələbə tarixinə qızıl hərflərlə düşən böyük sərkərdəmiz İlham Əliyev, sarsılmaz ordumuz və onun igid əsgərləri nəzərlərimdə daha da ucaldı. Bu ucalığın məndə Yaratdığı Şuşa sevinci ilə dahi nəğməkar - böyük Bülbül haqqında yazıram.

Özünün dediyinə görə Bülbül aydınlıq bir gecədə dünyaya gəlmişdi. Buna görə adını "Aydınlıq" qoymaq istəyiblər. Amma nədənsə fikirəlrini dəyişib "Murtuza" qoyublar. Elə ki, balaca Murtuzanın istedadı üzə çıxdı, elə ki, səsini eşitdilər, elə o vaxtdan da səsinə, oxumalarına valeh oldular. Dedilər, bu, bülbül kimi cəh-cəh vurur. Səsinin gözəlliyinə tam bələd olandan sonra gördülər ki, o yan-bu yanı yoxdu, bu, elə bülbüldü ki, bülbüldü… Murtuza adı elə kağızda qaldı. O vaxtdan adına Bülbül dedilər. O, xalqın ona verdiyi bu gözəl adla yaşayıb-yaratdı, şöhrətləndi, sənətin zirvəsinə yüksəldi və nəhayətdə tarixə döndü və əbədiyyətə qovuşdu.

Bəzən deyirlər, filan mahnı filan müğənninin "vizit kartıdır". Bülbül isə əvvəldən-axıra, ömrü boyu nə oxuyubsa, hamısı və hər biri möhtəşəm əsərdir. Bülbülün səsi… Bu səs yağ-bal idi, bulaq suyu kimi saf, təmiz idi. Bu səs layla çalırdı, qəlb oxşayıb, könül sevindirirdi. Bu səs ağladırdı, güldürürdü, düşündürürdü, sevib-sevilməyə, qurub-yaratmağa, mübarizəyə, intiqama çağırırdı. Bu səs mərhəmətə, həyatsevərliyə çağırırdı… Bəli, bu səsin hüsnü başqa idi. bu dediklərim gəlişigözəl sözlər kimi başa düşülməsin. Bülbülün səsi doğrudan da dahiyanə bir səs idi. Təkcə səs deyildi, onun səsi işlətmək bacarığı, səsə xüsusi məlahət vermək məharəti tamam başqa bir aləm idi. Ürəyim o qədər doludur ki, Bülbül səsinin gözəlliiyni, əzəmətini, şirinliyini daha dərindən çatdırmaq üçün əlavə söz tapa bilmirəm. Bir onu bilirəm ki, dünyaya gözə açıb, ağlım kəsəndən ən çox sevdiyim səs Bülbülün səsi olub. O səs Allah vergisi idi, o səs qüdrətdən yaranmışdı...

...Gözəl Qarabağda keçən cavanlığını yada salıb "Xatirat" dəftərini vərəqləyən Bülbül necə gözəl, necə təsirli oxuyurdu:

 

Xatirat dəftərim durur qarşımda,

Dolanır dəli bir sevda başımda.

Gözəl Qarabağda cavan yaşımda

Bir gözəl seçdiyim yadıma düşdü.

 

Gözəl Qarabağın gözəl çiçəyi,

Baxdıqca artırdı ömrün diləyi.

Ona öz sevgimi necə deməyi

Hey ölçüb-biçdiiym yadıma düşdü.

 

Və yaxud İsa bulağını yada salıb deyirdi:

 

...Sonatək uçmuşdu eşqin gölündən,

İsa bulağında onun əlindən

Su alıb içdiiym yadıma düşdü.

 

 

(ardı növbəti sayımızda)

 

Tofiq Abdullayev,

jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.