"Rusiya ilə münasibətlərin bərpasına onillərlə vaxt lazımdır"
"Reuters"in yazdığına görə, Finlandiyanın prezidenti Sauli Niiniste, BBC telekabalına müsahibəsində bəyan edib ki, Rusiya ilə münasibətlərin bərpa olunması onillər vaxt aparacaq.
RF-sı ilə əməkdaşlığa qayıtmaq mümkün olacaqmı sualına prezident: "Bunun tezliklə baş tutacağını söyləmək olmaz. Buna müəyyən qədər zaman lazımdır"- deyə cavab verib.
Rusiyanın Finlandiyadakı keçmiş səfiri Vladimir Qrinin bildirib ki, Rusiya Finlandiya ilə danışıq kanallarını nizamlamalıdır. Bu dövlət bsşçılarının bir-birilərini anlamasına kömək edər. Eks səfir qeyd edib ki, Finlandiyanın NAYO-ya qəbul olunması fonunda Moskva Helsinski ilə münasibətlərini normsllaşdırmağa çalışmalıdır.
Rüstəm Hacıyev