adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Avqust 2022 12:59
455
SİYASƏT

Rusiya İran peykinı orbitə göndərdi

Bu gün İrana məxsus “Xəyyam” peyki Rusiyanın “Soyuz” raketi ilə orbitə buraxılıb.

Adalet.az  xəbər verir ki, peyk Qazaxıstandakı Baykonur kosmik bazasından göndərilib.

Qeyd edək ki, ABŞ-ın “Vaşinqton Post” qəzeti Rusiyanın İranın “Xəyyam” peykindən istifadə edərək Ukraynada casusluq etmək niyyətində olduğunu iddia etmişdi. Lakin İran Kosmik Agentliyi bu məlumatı təkzib edərək Rusiyanın “Xəyyam” peyki vasitəsilə çəkilmiş fotolardan hərbi məqsədlər üçün istifadə etməyəcəyini bildirmişdi.