adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 May 2022 11:54
967
İQTİSADİYYAT

Rusiya qazından ilk imtina edən Litvadan Ukraynaya önəmli JEST...

Hələ ötən ayın əvvəllərində Belarus vasitəsilə ölkəyə Rusiya qazı nəql edən Litvanın energetika naziri Dainius Kreivys Rusiyadan qaz idxalının dayandırılmasını “Litva enerji tarixində dönüş nöqtəsi” kimi qiymətləndirdi.

Bu o demək idi ki, Litva Rusiya qazından imtina etdi. Həm də ilk Avropa ölkəsi olduqlarını bildirən Kreyvys bunun illərdir həyata keçirilən ardıcıl enerji siyasətinin və vaxtında verilən infrastruktur qərarlarının nəticəsi olduğunu bildirdb. Litva Energetika Nazirliyinin saytında verilən açıqlamada, Rusiyanın Avropadakı "enerji şantajı"na və Ukraynadakı müharibəyə cavab olaraq Rusiyadan qaz idxalının dayandırıldığı qeyd olundu. Bu addımla Litva Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini azalmağa start verdi.

Bir sözlə, Rusiyaya genişmiqyaslı hərbi müdaxilə fonunda Litva mayın 22-dən etibarən onlardan qaz, neft və elektrik enerjisini almayacaq.



Adalet.az xəbər verir ki, Litvanın dövlət media orqanı olan “Delfi” saytı məlumat yayıb. Nəşr yazır: “Bu, müharibə aparan Ukrayna ilə həmrəyliyimizin ifadəsidir, biz pulumuzla Rusiya hərbi maşınının maliyyələşdirilməsinə imkan verə bilmərik”, - Litvanın energetika naziri Dainius Kreivis bildirib.
Onun sözlərinə görə, ölkə sinxronizasiya uğurla başa çatdıqdan sonra tam enerji müstəqilliyinə nail olacaq və elektrik enerjisinə olan tələbatını öz yaşıl enerjisi hesabına ödəyəcək və ixrac edən dövlətə çevriləcək.
Litva ABŞ-dan qazı Klaypedadakı LNG terminalı vasitəsilə alır. Ölkə həm öz elektrik enerjisini istehlak edir, həm də Aİ ölkələrindən idxal edir”.


Qeyd edək ki, Litva Prezidenti Gitanas Nauseda bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirməli və sərtləşdirməlidir. Dövlət başçısı xatırladıb ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları kifayət deyil. Prezident əlavə edib ki, Ukraynanın ittifaqa üzvlüyü sürətlənməlidir.

Əntiqə Rəşid