adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Yanvar 2022 11:50
413
DÜNYA

Rusiya və Çin siyasi vakuumu doldurmaq istəyir

 Avtraliyanın Loui universitetində çıxışı zamanı Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib ki, " Çin və Rusiya dünyada  ideoloji-sitasi vakuumun yarandığını görüb onu dolurmağa çalışırlar. Onların bu cəsarətini biz hətta soyuq müharibə dövründə də görməmişik". 
  
Tass daha sonra əlavə edib ki, strateji araşdırmalar aparan beynəlxalq institutların məlumatlarına görə, son yetmiş ildə Rusita və Çin arasında bu qədər sıx münasibətlər olmayıb.
  
"Rusita və Çin daha yaxından əməkdaşlıq edir, Qərbdə və Sakit okean hövzəsində birgə hərbi təlimlər keçirməklə, kosmik sahədə sıx əməkdaşlıq etməklə dominantlığı ələ almaq istəyirlər" -deyə Trass qeyd edib.
 
 Britaniya XİN-in rəhbərinin fikirincə, hazırda Belarusiya, Şimali Koreya və Myanmi kimi avtoritar rejimlər birləşərək Moskva və Pekinin qismində özlərinə tərəfdaşlar tapırlar.
 
Bildirilir ki, Trass və Britaniyanın müdafiə naziri Ben Uolles AUKUS çərçivəsində əməkdaşlığı və həmçinin iqtisadi təhlükəsizliyi və texnologiyanı  müzakirə etmək üçün 20 yanvarda Avstraliyaya gəliblər.

Rüstəm Hacıyev