adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Yanvar 2023 22:33
773
İDMAN

Rusiyalı qapıçının “Qarabağ”a keçidi baş tutmayıb

Almaniyanın “Bayer” komandasında çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun “Qarabağ”a keçidi baş tutmayıb.

Bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel “Championat” nəşrinə açıqlama verib. Türkiyəli funksioner Leverkuzen təmsilçisi ilə razılığa gələ bilmədiklərini və danışıqların başa çatdığını bildirib.

“Köhlən atlar” əsas qolkiperi Şahruddin Məhəmmədəliyev əlindən ciddi zədə aldığı üçün qapı xəttinə yeni oyunçu axtarır.

Qeyd edək ki, Moskva “Torpedo”sunun yetirməsi olan Andre Lunyov ölkəsində “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit”in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna 14 top buraxıb.